Quru əməliyyatları ilə bağlı əks-anons: İran tərəfi bir-bir hədəfləri sadaladı


“Regiondakı ABŞ bazalarından quru hücumu başladılarsa, İran “müqavimət qüvvələri” və yerli silahlı qruplarla birlikdə kombinə olunmuş quru əməliyyatları keçirə, beləliklə ABŞ hərbçilərini hədəf alaraq əsir götürə bilər”.

Turkustan.az xəbər verir ki, bu barədə “Fars Nyus” məlumat yayıb.

Nəşr yazır ki, İranın enerji infrastrukturlarına – xüsusilə neft və qaz obyektlərinə zərbə endirilərsə, Tehran İsrailin və regiondakı bəzi digər ölkələrin enerji obyektlərini hədəfə ala bilər.

Məlumatda həmçinin mümkün ssenarilər kimi ABŞ-ın aviadaşıyıcı gəmilərinə hücum, dəniz blokadası güclənəcəyi təqdirdə Hörmüz boğazı və Bab əl-Məndəb boğazının bağlanması, hətta Vaşinqtonun regiondankənar maraqlarına da zərbə endirilməsi variantları qeyd olunub.

Eyni zamanda bildirilir ki, ABŞ tərəfinin mümkün addımları arasında körpülər, elektrik stansiyaları kimi kritik infrastruktura hava və raket zərbələrinin endirilməsi, eləcə də hərbi komandanların və əsas fiqurların hədəfə alınması ssenariləri də yer alır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ