Aİ Ukraynaya 90 milyard avro ayırdı, Rusiyaya 20-ci sanksiyanı təsdiqlədi


Avropa Şurasının prezidenti Antonio Kosta bildirib ki, bu gün Ukraynaya 2026–2027-ci illər üçün dəstək krediti ayrılıb və Rusiyaya qarşı 20-ci sanksiya paketi qəbul edilib.

Turkustan.az xəbər verir ki, Kosta bu barədə X sosial platformasındakı paylaşımında məlumat verib.

Qərarları şərh edən Kosta qeyd edib: “Vəd verildi, yerinə yetirildi, həyata keçirildi.”

O bildirib ki, Aİ-nin Ukraynada ədalətli və davamlı sülhə nail olmaq strategiyası iki əsas istiqamətə əsaslanır: Ukraynanı gücləndirmək və Rusiyaya təzyiqi artırmaq.

Kostanın sözlərinə görə, bu gün hər iki istiqamətdə irəliləyiş əldə olunub. Belə ki, Ukraynaya 2026–2027-ci illər üçün maliyyə və hərbi dəstəyi əhatə edən 90 milyard avro həcmində kredit ayrılıb.

O əlavə edib ki, qəbul edilən 20-ci sanksiya paketi Rusiyanın müharibə aparmaq imkanlarını daha da məhdudlaşdırmağa yönəlib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ