İran prezidenti Məsud Pezeşkian İranın dialoqa və razılaşmaya açıq olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o, əlavə edib: “Öhdəliklərin pozulması, blokadalar və təhdidlər əsl danışıqların qarşısında əsas maneələrdir”.
Pezeşkian sosial media hesabında Tehran administrasiyasının diplomatiyaya yanaşmasına toxunaraq, İranın hər zaman dialoq və razılaşmanı dəstəklədiyini və bundan sonra da dəstəkləməyə davam edəcəyini vurğulayıb.
O, öhdəliklərin pozulması, tətbiq edilən sanksiyalar və təhdidlərin real danışıqlara ciddi maneə yaratdığını qeyd edərək bildirib: “Dünya sizin sonsuz ikiüzlü ritorikanızı və iddialarınızla hərəkətləriniz arasındakı ziddiyyəti görür".
Aytən Yaşar/ Turkustan.az