Zelenski: Rusiyanın Luqanskla bağlı iddiaları yalandır


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın 700 kvadrat kilometrdən çox ərazini ələ keçirməsi və Luqansk vilayəti üzərində tam nəzarət qurması ilə bağlı iddiaları təkzib edib.

Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə mətbuata açıqlamasında danışıb.

“Bu, doğru deyil. Onlar ərazilərimizi ələ keçirdikləri barədə bu iddiaları daim təbliğ edirlər. Hətta əvvəllər Rusiyanın qalib gələcəyini deyən tərəfdaşlar belə artıq bu fikirdən geri çəkiliblər”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, cəbhə xəttində vəziyyət çətin və döyüşlər gərgin olsa da, ilin əvvəlindən bəri ümumi ərazi balansı Ukraynanın xeyrinə dəyişib.

“Buna görə də Ukrayna bu müharibədə uduzmayacaq. Son 10 ayda ən stabil dövrümüzü yaşayırıq. Bununla belə, vəziyyət ağır olaraq qalır və arxayınlaşmaq olmaz”, – deyə o əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ