Yüksək vəzifə verilən Natiq İbrahimov kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.

Turkustan.az xəbər verir ki, N.İbrahimov 1953-cü il 28 mart tarixində Qəbələ rayonu Mıxılqovaq kəndində anadan olub.

1972–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1979–1982-ci illərdə Universitetin nəzdində Hesablama mərkəzində riyaziyyatçı-proqramist vəzifəsində çalışıb.

1982–1985-ci illərdə fakültənin Tətbiqi riyaziyyat fakültəsinin hesablama laboratoriyasında riyaziyyatçı-proqramçı işləyib.

1985–1992-ci illərdə fakültənin Tədris laboratoriyasının müdiri, eyni zamanda kafedranın müəllimi olub.

1993-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində aparıcı inspektor, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.

2014-cü ildən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.

2016-cı il may ayından Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edirdi.

1997-ci ildən Fizika-riyaziyyat elmləri namizədi, 2015-ci ildən Riyaziyyat üzrə elmlər doktoru, professor elmi adlarını alıb. Bir monoqrafiya, 2 dərs vəsaiti və bir neçə proqramın müəllifidir. 4 nəfər doktorantın elmi rəhbəridir.
/Bizim.Media


MANŞET XƏBƏRLƏRİ