Biz Xamenei sülaləsinin tamamilə aradan qaldırılmasını başa çatdırmaq istəyirik.
Turkustan.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrail Katz deyib.
O bildirib ki, artıq yeni hədəflər müəyyən olunub və İsrail ABŞ-dan “yaşıl işıq” gözləyir.
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyat nəticəsində İranın ali dini lideri Seyid Əli Xamenei öldürülüb. /axar.az/