Yaxın Şərqdə İrana hücumlarla başlayan müharibədən sonra ABŞ ordusunun vacib raket ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldıldığı və yeni bir münaqişə halında sursat çatışmazlığının yarana biləcəyi irəli sürülüb.
Turkustan.az xəbər verir ki, CNN-in Pentaqon mənbələrinə və ekspertlərinə istinadən verdiyi məlumata görə, ABŞ ordusu 28 fevralda İrana hücumlardan bəri əsas raket inventarının böyük bir hissəsindən istifadə edib. Hesabatda bildirilir ki, bu, qısa müddətdə hərbi imkanlar üçün risk yaradır.
Mənbələrə görə, mövcud vəziyyət ABŞ-ın bir neçə il ərzində Çin kimi böyük bir güclə potensial münaqişədə sursatının yetərli olmadığını görə biləcəyini göstərir. Pentaqonun raket istehsalını artırmaq üçün yeni müqavilələr imzaladığı, lakin istehsal və çatdırılma prosesinin 3-5 il çəkə biləcəyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az