ABŞ prezidenti Donald Trampın İranla atəşkəs müddətini uzatması və daha riskli aktivlərə marağın artması fonunda bazarlardakı gərginliyin azalması qızılın likvidləşdirilməsinə təzyiqi azaldıb və dollara təsir göstərib.
Turkustan.az xəbər verir ki, nəticədə qızıl qiymətləri çərşənbə günü təxminən 1% artıb.
Spot qızılın qiyməti GMT vaxtı ilə saat 09:53-ə olan məlumata görə 0,9% artaraq unsiya üçün 4756,10 dollara yüksəlib. İyun ayı üzrə ABŞ qızıl fyuçersləri isə 1,2% artaraq 4774,60 dollara çatıb.
“Görünür, qızıl hazırda demək olar ki, bütün riskli aktivlərlə birlikdə yüksəlir. Digər aktivlər təzyiq altında olduqda, qızıl likvidasiya olunur (nağd pula satılır – red.). Likvidasiya təzyiqi azaldıqda isə qızılın artım üçün daha çox imkanı yaranır”, – deyə “WisdomTree” şirkətinin əmtəə strateqi Niteş Şah bildirib.
Aytən Yaşar/ Turkustan.az