ABŞ prezidenti Donald Trump administrasiyası İranla qarşıdurma fonunda Vaşinqtonu dəstəkləməyən tərəfdaşlara təsir mexanizmləri axtardığı bir vaxtda, Ağ Ev NATO üzv ölkələrini “yaxşı” və “pis” müttəfiqlərə bölmək üçün yeni sistem üzərində işləyib.
Turkustan.az xəbər verir ki, bu barədə Politico məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Üç Avropa diplomatı və ABŞ müdafiə rəsmisinin sözlərinə əsasən, ABŞ tərəfi NATO-nun baş katibi Mark Rutte-nin Vaşinqtona səfəri ərəfəsində üzv ölkələrin alyansa verdiyi töhfələrin təhlilini aparıb. Müttəfiqlərin kateqoriyalara bölünməsi Tramp administrasiyasının siyasi kursunu dəstəkləməyən və ya maliyyə öhdəliklərini yerinə yetirməyən ölkələrə qarşı təzyiq mexanizmlərini gücləndirməyə hazır olduğunu göstərir.
Seçmə öhdəlik yanaşması ilk dəfə dekabr ayında ABŞ müdafiə naziri Pete Hegseth tərəfindən açıqlanıb. O bildirib ki, Polşa, Almaniya, Baltikyanı ölkələr, İsrail və Cənubi Koreya kimi müdafiə qabiliyyətlərini aktiv şəkildə artıran ölkələr xüsusi dəstək alacaq, kollektiv təhlükəsizliyə kifayət qədər töhfə verməyənlər isə nəticələrlə üzləşə bilər.
Aytən Yaşar/ Turkustan.az