Leyen: Avropa Rusiya, Türkiyə və Çinin təsiri altına düşməməlidir


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Aİ-nin genişlənməsi geosiyasi zərurətdir və region Rusiya, Türkiyə və ya Çinin təsirinə buraxılmamalıdır.

Turkustan.az xəbər verir ki, Hamburqda keçirilən "Die Zeit" qəzetinin 80 illik yubiley tədbirində çıxış edən fon der Leyen Aİ-nin genişlənməsini dəstəklədiyini vurğulayaraq bildirib: "Avropa qitəsinin Rusiya, Türkiyə və ya Çinin təsiri altına düşməməsi üçün onu tamamlamağa müvəffəq olmalıyıq. Daha böyük və daha geosiyasi düşünməliyik".

Von der Leyen bildirib ki, Avropa indiyə qədər Rusiyadan ucuz enerji, Çindən ucuz işçi qüvvəsi və ABŞ-dan təhlükəsizlik dəstəyinə əsaslanan model izləyib, lakin bu dövr başa çatıb.

Avropa Birliyinin öz təhlükəsizliyini və iqtisadi gücünü yenidən qurmalı olduğunu vurğulayan fon der Leyen bildirib ki, "Biz özümüzü tamamilə yenidən mövqeləndirməliyik. Daha müstəqil olmalıyıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ