Kremlin sözçüsü Dmitri Peskov Hörmüz boğazındakı vəziyyətin son dərəcə kövrək və gözlənilməz olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o əlavə edib: “Buna baxmayaraq, danışıqlar prosesinin davam edəcəyinə və zorakı ssenarinin qarşısının alınacağına ümid edirik”.
Peskov paytaxt Moskvada jurnalistlərin aktual məsələlərlə bağlı suallarını cavablandırıb.
O, həmçinin Rumen Radev tərəfindən təsis edilən Proqressiv Bolqarıstan Koalisiyasının Bolqarıstanda keçirilən son ümumi seçkilərdə birinci yeri tutmasına münasibət bildirib. Peskov qeyd edib ki, Radev və bəzi digər Avropa liderlərinin “Rusiya ilə problemləri dialoq yolu ilə həll etməyə hazır olduqları” barədə açıqlamaları alqışlanır.
Kremlin sözçüsü vurğulayıb ki, bütün fikir ayrılıqları danışıqlar masasında həll olunmalıdır: “Rusiya heç vaxt dialoqdan imtina etməyib, əksinə, bu prosesi davam etdirir. Lakin bu yanaşma hələlik Avropa tərəfindən qarşılıqlı şəkildə dəstəklənmir”.
Aytən Yaşar/ Turkustan.az