Məktəbə hücumdan sonra o, işdən çıxarıldı! Qalmaqallı yazışmalar ortaya çıxdı


Kahramanmaraşda bütün Türkiyəni sarsıdan məktəb hücumundan sonra inzibati proseslər davam edərkən, vəzifəsindən azad edilən Vilayət Milli Təhsil Müdiri Erhan Baydurla bağlı yeni və mübahisəli iddialar ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, Baydurun bir qadın müəllimə göndərdiyi iddia edilən mesajlar ictimai müzakirələrə səbəb olub.

Əldə edilən yazışmalara görə, Baydur görüş təklifini rədd edən müəlliməyə israrlı şəkildə mesajlar göndərməkdə ittiham olunur. Mesajların məzmunu və tonu isə narazılıq doğurub.

İddia olunan yazışmalarda aşağıdakı ifadələrin yer aldığı bildirilir:

  • “Siz Vilayət Milli Təhsil Direktorusunuz, elə deyilmi?”
  • “Bəli.”
  • “Nə edirsiniz?”
  • “Məktəb və repetitorluq mərkəzlərindən başqa heç nə.”
  • “Heç kimin gözü o gözəlliyə düşməsin, sabah sizi görmək istəyirəm.”
  • “Görüşümüz uyğun deyil.”
  • “Möhtəşəmsiniz, necə də sirrlər saxlamısınız! Çox gözəl görünürsünüz. Kaş sizi yenidən görə bilsəydim.”

Davam edən istintaq çərçivəsində Kahramanmaraş Vilayət Milli Təhsil Müdiri Erhan Baydurun vəzifəsindən uzaqlaşdırıldığı açıqlanıb. Mesajlarla bağlı iddialar isə bu qərarın arxa planına dair müzakirələri daha da artırıb.

Milli Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, hadisənin bütün tərəfləri ilə araşdırılması üçün Təftiş Şurasının baş müfəttişləri tərəfindən genişmiqyaslı yoxlama aparılır. Qeyd olunub ki, baş verən hadisədən sonra başlanmış inzibati proseslər çərçivəsində istintaqın obyektivliyini təmin etmək məqsədilə Erhan Baydur vəzifəsindən uzaqlaşdırılıb. Nazirlik əlavə edib ki, məsələ həssaslıqla araşdırılır və prosesin nəticələri ictimaiyyətə açıqlanacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ