Yaponiyada 7,4 bal gücündə zəlzələ baş verdi! Sunami xəbərdarlığı edildi


Yaponiyanın şimalında 7,4 bal gücündə zəlzələ baş verib.

Turkustan.az xəbər verir ki, güclü zəlzələdən sonra sahil ərazilərində sunami xəbərdarlığı edilib.
Milli yayımçı NHK-nın məlumatına görə, İvate prefekturası və Hokkaydoda sunami dalğalarının hündürlüyü 3 metrə çata bilər. Hakimiyyət orqanları sahil ərazilərindəki sakinləri dərhal daha yüksək yerlərə köçməyə çağırıb.

Yaponiyadan verilən rəsmi açıqlamada sunami dalğalarının sahillərə çatmağa başladığı və çoxsaylı dalğaların gözlənildiyi bildirilirdi. Dalğaların gözləniləndən daha tez və ya gec gələ biləcəyi və proqnozlaşdırılandan daha yüksək ola biləcəyi vurğulanırdı.

Hakimiyyət orqanları insanlara sahil xəttlərindən və çay mənsəblərindən uzaq durmağı tövsiyə edib və xəbərdarlıqlar aradan qaldırılana qədər təhlükəsiz ərazilərdə qalmağı məsləhət görüb. Potensial ziyanı qiymətləndirmək üçün qruplar səfərbər edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ