İngiltərədən XƏBƏRDARLIQ: Hörmüz boğazında vəziyyət kritikdir


Britaniya Hərbi Dəniz Qüvvələri ilə əlaqəli Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazı və Fars körfəzindəki vəziyyəti kritik, ən yüksək risk səviyyəsi elan edib.

Turkustan.az xəbər verir ki, ABŞ-İran danışıqları çıxılmaz vəziyyətə düşdüyü bir vaxtda, ABŞ-ın Hörmüz boğazını blokadası davam edir.

Britaniya Hərbi Dəniz Qüvvələri ilə əlaqəli Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazı və Fars körfəzindəki vəziyyəti ən yüksək risk səviyyəsi olan kritik elan edib və qərarın səbəbi kimi bölgədəki intensiv dəniz fəaliyyətini göstərib. UKMTO həmçinin ərazidə hücum və ya səhv hesablama riskini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ