“Avropa İttifaqı Ukraynada müharibə başladıqdan sonra Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini və bununla da gərginliyin artmasını istəyirdi”.
Turkustan.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Brüssel Rusiyaya qarşı sanksiyalar tətbiq etməyimizi tələb edirdi. Dəfələrlə onlardan soruşduq: “Əgər bu, iqtisadi böhrana səbəb olarsa, bizə pul verəcəksinizmi, kömək edəcəksinizmi? Söz verirsinizmi”. Onlar “yox” dedilər, vermədilər. Yenə soruşduq: “Əgər bu, qarşıdurmanın şiddətlənməsinə və Rusiya ilə birbaşa müharibəyə səbəb olarsa, siz - Estoniya, Litva, Almaniya və ya Fransa gəlib bizimlə birlikdə döyüşəcəksinizmi?”. Onlar yenə “yox” dedilər”, - Papuaşvili qeyd edib./teleqraf