İran Pakistanın iddialarını dərhal rədd etdi


ABŞ/İsrail və İran arasında gərginlik və davam edən danışıqlar qlobal gündəmin ön planında qalmaqdadır.

Turkustan.az xəbər verir ki, İran ötən cümə günü Hörmüz boğazını yenidən açdıqdan sonra gərginlik yenidən artıb, lakin ABŞ blokadanı əsas gətirərək boğazın bağlandığını yenidən elan edib.

İranın mühüm su yolu olan Hörmüz boğazını bağlamaq qərarı bölgədə gərginliyi yenidən artırıb. Bu hadisə nəticəsində atəşkəs danışıqlarının pozulduğu güman edilir.

ABŞ tərəfindən də diqqətəlayiq bir açıqlama gəldi. ABŞ Prezidenti Donald Tramp Amerika ordusunun İran bayrağı altında üzən yük gəmisini vurduğunu açıqladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ