Aİ Suriya ilə əməkdaşlığı artırmağa hazırlaşır


Avropa İttifaqı (Aİ) Komissiyası uzun müddətdir ki, dayandırılmış Aİ-Suriya Əməkdaşlıq Sazişinin yenidən aktivləşdirilməsini təklif edib.

Turkustan.az xəbər verir ki, Avropa Komissiyası, 1978-ci ildə imzalanan və 2011-ci ildə Əsəd rejiminin insan haqları pozuntuları səbəbindən dayandırılan Aİ-Suriya Əməkdaşlıq Sazişinin yenidən aktivləşdirilməsi üçün Aİ Şurasına təklif göndərdiyini açıqladı.

Bəyanatda Aİ-Suriya münasibətlərində yeni bir mərhələyə çatıldığı və təklifin Aİ Komissiyasının sədri Ursula fon der Leyenin 2026-cı ilin yanvar ayında elan etdiyi yeni əməkdaşlıq çərçivəsinin davamı olduğu bildirilir.

Bəyanatda deyilir ki, yeni çərçivəyə əsasən, Aİ Suriyanın rəhbərlik etdiyi dinc və inklüziv keçid prosesinə dəstəyini artıracaq, humanitar ehtiyaclara cavab verəcək və iqtisadi bərpa səylərinə töhfə verəcək.

Bəyanatda qeyd olunur ki, Aİ-Suriya Əməkdaşlıq Sazişi qüvvədə olsa da, Suriyanın iqtisadi və sosial inkişafını dəstəkləyib və tərəflər arasında ədalətli ticarət münasibətlərini təşviq edib: "Saziş Suriya mənşəli sənaye məhsullarının əksəriyyətinin Aİ-yə idxalına qoyulan tarifləri aradan qaldırır və hər iki tərəf üçün kəmiyyət məhdudiyyətlərinin qarşısını alır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ