“Son 24 saat ərzində Hörmüz boğazından bir dənə də olsun gəmi keçməyib”.
Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“İranın xarici işlər naziri Abbas Əraqçinin bir gün əvvəl boğazın açıq olduğunu elan etməsinə baxmayaraq, şənbə günü ən azı 13 tanker yenidən Fars körfəzinə qayıdıb.
ABŞ İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını aradan qaldırmaqdan imtina etdikdən sonra Tehran yenidən strateji su yolunu bağlamağa qərar verib.
Nəticədə Fars körfəzində böyük həcmdə xam neft və maye təbii qaz (LNG) daşımaları ilişib qalıb”, – deyə bildirilib.
Qeyd olunub ki, sözügedən vəziyyət qlobal iqtisadiyyata təsir göstərən enerji böhranının uzanmasına səbəb olur./Globalinfo.az