NATO-nun Baş katibi Mark Rutte ABŞ-ın NATO-dan çıxması ilə bağlı iddiaları rədd edib.
Turkustan.az xəbər verir ki, o, bu barədə “Die Welt”ə verdiyi müsahibədə danışıb.
Rutte ABŞ prezidenti Donald Trump-ın NATO üzvlərinin bəzilərindən narazılığını başa düşdüyünü bildirib: “Tramp bəzi NATO üzvləri ilə bağlı açıq şəkildə məyusdur. Onun məyusluğunu anlayıram”.
Bununla belə, NATO Baş katibi ABŞ-ın Avropanın nüvə müdafiəsindən geri çəkiləcəyinə inanmır: “ABŞ-ın NATO-dan çıxma ehtimalını görmürəm. Amerikanın nüvə çətiri Avropada təhlükəsizliyin əsas təminatıdır və bunun belə davam edəcəyinə əminəm”.
Rutte həmçinin qeyd edib ki, 8 aprel tarixində Tramp ilə görüşdə Vaşinqtonun NATO-dan əldə etdiyi faydalar da müzakirə olunub.
Aytən Yaşar/ Turkustan.az