ABŞ prezidenti Donald Tramp bir daha Vatikan dövlətinin başçısı Papa XIV Leonu hədəfə alaraq tənqidi açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media paylaşımında qeyd edib: “Kimsə Papa XIV Leoya İranın son iki ayda ən azı 42.000 günahsız, tamamilə silahsız etirazçını öldürdüyünü və İranın nüvə bombasına sahib olmasının qətiyyən qəbuledilməz olduğunu deyə bilərmi?”
ABŞ prezidenti digər paylaşımında NATO-nu da tənqid edərək bildirib ki, “NATO bizim tərəfimizdə olmayıb və olmayacaq”.
ABŞ-ın vitse-prezidenti JD Vens də Corciya ştatında keçirilən “Turning Point USA” tədbirində Papa XIV Leonu hədəf alıb.
Münaqişələrlə bağlı fikir ayrılıqlarının yarana biləcəyini etiraf edən Vens Papa XIV Leo haqqında belə deyib: “Məsələ burasındadır ki, ilahiyyat haqqında fikir bildirmək istəyirsinizsə, diqqətli olmalısınız. Onun həqiqətə əsaslandığından əmin olmalısınız. Mən də bunu etməyə çalışıram və katolik və ya protestant olmağından asılı olmayaraq, ruhanilərdən bunu mütləq gözləyirəm".
Aytən Yaşar/ Turkustan.az