O, Avropa liderini tənqid etdi: "Onun cəsur biri olduğunu düşünürdüm, yanılmışam”


ABŞ prezidenti Donald Tramp İtaliyanın Baş naziri Giorgia Meloni ilə bağlı sərt və diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Tramp Melonini İrana qarşı siyasəti və Hörmüz boğazı ilə bağlı mövqeyinə görə tənqid edərək, İtaliyanın beynəlxalq təhlükəsizlik və enerji siyasətində kifayət qədər məsuliyyət daşımadığını iddia edib.

O, Meloninin İrana qarşı mümkün hərbi addımları dəstəkləmədiyini vurğulayaraq, İtaliyanın ABŞ ilə yetərincə əməkdaşlıq etmədiyini bildirib. “Onun davranışından şoka düşdüm. Onun cəsur bir insan olduğunu düşünürdüm, yanılmışam”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti həmçinin iddia edib ki, İtaliya ABŞ-dan faydalanır, lakin buna adekvat qarşılıq vermir.

Çıxışında İran faktoruna da toxunan Tramp, “Əgər İranın şansı olsaydı, iki dəqiqəyə İtaliyanı partladardı” ifadəsini işlədib.

Tramp əlavə edib ki, Avropa ölkələri Hörmüz boğazının təhlükəsizliyi məsələsində ABŞ-ı kifayət qədər dəstəkləmir və bu vəziyyət qlobal sabitlik üçün risk yaradır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ