İsraildə keçirilən rəy sorğusu göstərib ki, ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra müxalifət bloku güclənib.
Turkustan.az xəbər verir ki, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası isə dəstək itkisi ilə üzləşib.
KAN tərəfindən aparılan sorğuya əsasən, aprelin 8-də ABŞ və İran arasında əldə olunan və İsrailin də dolayısı ilə daxil olduğu bildirilən müvəqqəti atəşkəsdən sonra Likud partiyası ciddi itkilər verib.
Sorğunun nəticələrinə görə, əgər seçkilər hazırda keçirilsəydi, Netanyahunun rəhbərlik etdiyi partiya 120 yerlik parlament — Knessetdə cəmi 25 mandat qazana bilərdi. Halbuki əvvəlki həftə keçirilən sorğuda bu rəqəm 28 mandat olaraq göstərilmişdi.
Aytən Yaşar/ Turkustan.az