İsrailin Qəzzaya qarşı blokadasını qırmaq və humanitar yardım çatdırmaq üçün ötən il 50-dən çox ölkədəki QHT-lərin dəstəyi ilə yaradılan Qlobal Donanma gücünü artıraraq yenidən Barselonadan Qəzzaya doğru yola düşüb.
Turkustan.az xəbər verir ki, təxminən 70 ölkədən vətəndaşları daşıyan onlarla qayıq Barselona limanından yola düşdü. İspaniya xalqı onları Fələstin bayraqları, "Fələstin azadlığı" şüarları və alqışlarla yola saldı.
Qlobal Sumud Donanmasının təşkilatçıları yola düşməzdən əvvəl keçirilən mətbuat konfransında Qəzzaya tətbiq edilən embarqonu pozmaq, humanitar yardım çatdırmaq və soyqırımdan əziyyət çəkən Qəzzanın fəryadını bütün dünyaya eşitdirmək məqsədlərini bir daha təkrarlayıb və beynəlxalq ictimaiyyətdən tam dəstək istəyiblər.
Aytən Yaşar/ Turkustan.az