Masa dağıldı, bəs indi nə olacaq? ABŞ iki seçim qarşısındadır


ABŞ və İran arasında 21 saatlıq vacib danışıqların uğursuzluğu Vaşinqtonu çətin bir qərarla üz-üzə qoyub.

Turkustan.az xəbər verir ki, vitse-prezident JD Vensin rəhbərlik etdiyi danışıqlar dalana dirəndiyindən, Ağ Evin qarşısında iki əsas seçim qalır: uzadılmış diplomatik proses və ya regional münaqişəni yenidən alovlandıra biləcək sərt hərbi ssenari.

ABŞ prezidenti Donald Trampla NATO-nun baş katibi Mark Rutte arasında keçirilən son görüşdə İran məsələsi əsas prioritet olub. Görüşdən sonra Vaşinqtonun məhdud seçimlərinin qaldığı bildirilib.

“The New York Times” qəzetinin təhlilinə görə, ABŞ administrasiyası ya İranla illərlə davam edə biləcək yeni bir danışıqlar prosesinə girəcək, ya da Hörmüz boğazına nəzarəti də əhatə edən genişmiqyaslı münaqişə riski ilə üzləşəcək.

Tərəflərin mövcud mövqelərini qoruması qısa müddətdə yeni bir razılaşma ehtimalını zəiflədir və bölgədəki gərginliyin davam edəcəyinə işarə edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ