Ukraynada ABŞ hərbi bazası yerləşdirilsin – Zelenski


Əgər Ukraynada ABŞ hərbi bazası və ya ABŞ ilə Avropanın birgə bazası yerləşərsə, risklərimiz daha az olar.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski junalistlərə bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətlərinə Qərb istehsalı olan hava hücumundan müdafiə sistemlərinin kifayət qədər həcmdə verilməsi və Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi daxil olmalıdır.

“Razılaşdıq ki, biz öz mövqeyimizi təqdim edəcəyik, tərəfdaşlar isə bu layihəyə öz cavabını verəcəklər”, - deyə Zelenski əlavə edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ