Avropa İttifaqı, xüsusən də ABŞ NATO-dan çıxmaq qərarına gələrsə, öz təhlükəsizliyini təmin etmək üçün kökündən dəyişməli və genişlənməlidir.
Turkustan.az xəbər verir ki, bunu Vladimir Zelenski “The Rest Is Politics” podkastına verdiyi müsahibədə bildirib. Ukrayna liderinin sözlərinə görə, hazırkı Aİ formatı xarici təhdidlərə hərtərəfli cavab vermək iqtidarında deyil.
Zelenski vurğulayıb ki, “Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç Avropanın bir hissəsi olan dörd güclü ölkədir. Böyük Britaniya, Ukrayna və Türkiyənin orduları birlikdə Rusiya ordulsundan daha güclüdür".
Onun fikrincə, yalnız belə bir format Avropaya regiondakı vəziyyəti effektiv şəkildə idarə etməyə və güc balansını qorumağa imkan verəcək: "Ukrayna və Türkiyə olmadan Avropa Rusiya ilə müqayisə edilə bilməz. Bu dörd ölkə ilə dənizlərə nəzarət edə, səmaları qoruya və ən böyük quru qüvvələrinə sahib ola bilərik".
Zelenski vurğulayıb ki, Rusiyanın 2030-cu ilə qədər ordusunu əhəmiyyətli dərəcədə artırmaq üzrə uzunmüddətli planları nəzərə alınmaqla, Avropa ölkələri proaktiv hərəkət etməlidirlər. O, həmçinin vurğulayıb ki, iqtisadi maraqlar hesabına olsa belə, müdafiə qabiliyyəti Avropa İttifaqı üçün prioritet olmalıdır: "Təhlükəsizlik birinci, iqtisadiyyat isə ikinci yerdədir. Əksinə deyil".
Zelenski Türkiyə kimi yeni üzvlərin inteqrasiya prosesinin kənd təsərrüfatı sektorunda çətinliklərlə üzləşə biləcəyini etiraf etsə də, Avropa siyasətçilərini qətiyyət göstərməyə çağırıb və qeyd edib: "İqtisadiyyat həqiqətən güclüdürsə, bütün bunların öhdəsindən gəlmək olar"./publika,az