Zelenskidən Putinə yeni təklif: “Hazıram, amma…”


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüş üçün yer təklif edib.

Turkustan.az xəbər verir ki, bu barədə o, İtaliyanın “RAI” televiziya kanalına müsahibəsində danışıb.

“Putinlə görüşməyə hazıram. Əlbəttə ki, Moskvada və ya Kiyevdə yox. Amma əgər o, mənimlə görüşməyə hazırdırsa, çoxlu yer var”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, görüş Yaxın Şərqdə, Avropada və ya ABŞ-da baş tuta bilər.

O əlavə edib ki, hazırda ABŞ və İran arasındakı düşmənçilik səbəbindən Rusiya ilə danışıqlar təxirə salınıb. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ