Atəşkəs dövründə böhran yarandı! O, bir neçə dəqiqə ərzində tənqidi paylaşımı sildi


ABŞ və İran arasında atəşkəs razılaşmasının elan edilməsindən 24 saat keçməmiş İsrailin Livana hücumları vəziyyəti yenidən gərginləşdirib.

Turkustan.az xəbər verir ki, yüzlərlə insanın ölümünə səbəb olan zərbələr razılaşmanın gələcəyini sual altına alıb. Gərginlik artdıqca, İrandan diqqət çəkən addım gəlib.

İranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəm sosial şəbəkədə İran nümayəndə heyətinin Pakistana səfəri ilə bağlı paylaşımını silib. O, daha sonra silinən paylaşımında İsrailin ABŞ ilə əldə olunan atəşkəsi pozaraq diplomatik səyləri sabotaj etdiyini və İran ictimaiyyətində şübhələr yaratdığını bildirib.

Diplomat qeyd edib ki, bütün şübhələrə baxmayaraq, İran nümayəndə heyəti Pakistanın baş naziri Şahbaz Şərifin dəvəti ilə İslamabada səfər edəcək. Səfər çərçivəsində İranın irəli sürdüyü 10 bəndlik təklif əsasında danışıqlar aparılması planlaşdırılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ