Şimali Koreya son raket sınağı ilə bağlı rəsmi açıqlama yayıb.
Turkustan.az xəbər verir ki, bazar ertəsi ilə Çərşənbə arasında "əhəmiyyətli" silah sistemlərinin sınaqdan keçirildiyi bildirilən açıqlamada aşağıdakılar yer alıb: "Qırıntılı sursatla təchiz olunmuş "Hwasongpho-11 Ka" yer-yer taktiki ballistik raketi uğurla sınaqdan keçirilib. Ən yüksək güc intensivliyinə malik bu silah sistemi 6,5-7 hektar ərazini əhatə edən istənilən hədəfi külə çevirə bilər."
Həmçinin mobil qısa mənzilli zenit-raket sisteminin və elektromaqnit silah sisteminin sınaqdan keçirildiyi bildirilib. Bu son silah sınaqlarının adi müdafiə fəaliyyətlərinin bir hissəsi olduğu və Şimali Koreya ordusunun inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Koreya İşçi Partiyasının (KİP) Mərkəzi Hərbi Komissiyasının üzvü general Kim Çen Sik sınaqlara rəhbərlik etdiyi bildirilsə də, Şimali Koreya lideri Kim Çen Inın sınaq poliqonunda olub-olmadığı barədə heç bir məlumat verilməyib.
Aytən Yaşar/ Turkustan.az