ABŞ Prezidenti Donald Tramp taktikdir, lakin İranla müharibədən faktiki olaraq müttəfiqlərlə münasibətləri korlayaraq, NATO-nun rolunu zəiflədərək çıxır.
Turkustan.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert İvan Timoçko deyib.
“Əgər Yaxın Şərqdə, xüsusilə Fars bölgəsində gedən döyüş əməliyyatlarından danışırıqsa, ilk növbədə anlayırıq ki, Amerika əslində Rusiyanın müttəfiqi olan İrana qarşı uğurlu hərbi kampaniya həyata keçirdi”, – deyə o bildirib.
O qeyd edib ki, ABŞ uğurlu əməliyyat keçirsə də, bu imkandan maksimum yararlana bilməyib:
“Bəli, ola bilər ki, Tramp və ona yaxın olan bir neçə ailə yaxşı qazanc əldə etsin, lakin onlar informasiya müharibəsini İrana uduzdular. Bu, çox ciddi məsələdir. Mən əminəm ki, İran indi mütləq bütün səylərini səfərbər edəcək. Faktiki olaraq hərbi əməliyyatlarda uduzsa da, informasiya məkanında diqqəti öz üzərində saxlaya bilən Tehran indi cəmiyyətini toparlamağa, bütün proksi qüvvələrini bərpa etməyə çalışacaq və fəaliyyətini davam etdirəcək. Xüsusilə də İrana qarşı sanksiyalar aradan qaldırılarsa…”. /axar.az/