Orban: Trampa mane olmasaydılar, Ukraynada çoxdan sülh idi


Macarıstanın Baş naziri Viktor Orban Ukrayna müharibəsinin dörd il ərzində ölkəni təsirləndirdiyini bildirib.

Turkustan.az xəbər verir ki, o, əlavə edib: “Əgər Brüssel Prezident Trampın sülh səylərinə mane olmasaydı, Ukraynada sülh artıq bərpa olunmuş olardı”.

Orban bu açıqlamanı aprelin 12-də keçiriləcək ümumi seçkilərdən əvvəl Budapeştə səfər edən ABŞ-ın vitse-prezidenti JD Vance ilə birgə mətbuat konfransında verib.

Baş nazir ABŞ vitse-prezidentinin Macarıstana son səfərinin 35 il əvvəl baş tutduğunu xatırladaraq, Vance-i “hörmət və səmimiyyətlə qarşıladığını” bildirib.

Orban həmçinin qeyd edib: “İnanıram ki, prezident Trampın seçilməsi ilə münasibətlərimizdə qızıl dövr başladı”.

O, iki ölkə arasında iqtisadi əlaqələrin bu il daha da inkişaf etdiyini, 30 Amerika şirkətinin Macarıstana milyardlarla dollarlıq birbaşa investisiya qoyduğunu, eləcə də ABŞ-Macarıstan əməkdaşlığının kosmik, texnologiya və müdafiə sahələrində genişləndiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ