Ağ Ev təcili açıqlama verdi: Nüvə silahından istifadə ediləcək?


Müharibənin 39-cu günündə ABŞ və İran arasında gərginlik pik həddə çatıb.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın “İran sivilizasiyası bu gecə məhv ediləcək” açıqlaması və “nüvə hücumu” ilə bağlı iddiaların yayılmasından sonra Ağ Ev operativ reaksiya verib.

Hörmüz boğazının açılması ilə bağlı İrana son tarix verən Tramp 5 aprel tarixli bəyanatında bildirib ki, son müddət çərşənbə axşamı, Şərq vaxtı ilə saat 20:00-dır.

Son tarixə qısa müddət qalmış o, yenidən sərt açıqlama verərək deyib: “Bu gecə böyük bir sivilizasiya məhv ediləcək və heç vaxt geri qaytarılmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək”.

Məsələ ilə bağlı Ağ Ev yaydığı açıqlamada “heç bir nüvə silahından istifadə edilməyəcək” ifadəsini işlədib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ