İranla müharibə tezliklə bitəcək.
Turkustan.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.
O, İranla müharibənin tezliklə bitəcəyini, amma, bunun necəliyinin İrandan asılı olduğunu bildirib.
Vens çıxışında Hörmüz boğazının bağlanmasına da münasibət bildirib.
“İranlılar Hörmüz boğazından hər nə qədər çox iqtisadi qazanc əldə etməyə çalışırsa, ABŞ-ın İrana daha çox iqtisadi ziyan vermək potensialı var. Bizim onların bizə və dostlarımıza vurduqları ziyandan daha çox zərər vermək qabiliyyətimiz var. Buna görə də, ümid edirəm ki, onlar ağıll adamlardır”,- Vens qeyd edib.
Vitse-prezident ABŞ-ın bu gün saat 8-ə qədər İrandan cavab alacağına arxayın olduğunu, lakin bu cavabın müsbət və ya mənfi olacağını bilmədiyini deyib.
“Ümid edirik ki, onlar düzgün cavabı verəcəklər”,- o deyib. /bakivaxti.az/