Pezeşkian: 14 milyondan çox iranlı canını qurban verməyə hazırdır


İran prezidenti Məsud Pezeşkian bildirib ki, bu günə qədər 14 milyondan çox iranlı ölkəni müdafiə etmək üçün könüllü olaraq qeydiyyatdan keçib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ və İsrailə qarşı müdafiə məqsədilə başlanan və könüllülərin toplanmasını hədəfləyən “Canfeda” kampaniyasına böyük maraq göstərilib.

Pezeşkian X sosial media platformasında paylaşdığı mesajda qeyd edib ki, milyonlarla vətəndaş İranı qorumaq üçün canından keçməyə hazır olduğunu bəyan edib.

Prezident özü də bu mövqeyini vurğulayaraq bildirib:
“Bu günə qədər 14 milyondan çox cəsur iranlı İranı müdafiə etmək üçün canlarından keçməyə hazır olduqlarını bəyan edib. Mən də İran üçün canımı qurban vermişəm, verirəm və verməyə davam edəcəyəm.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ