Tramp İrana nüvə bombası atmağa hazırlaşır? - “Bu gecə bütöv bir sivilizasiya məhv olacaq”


“Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və bir daha heç vaxt bərpa olunmayacaq”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasındakı paylaşımında yazıb.

O, fikirlərinə belə davam edib:

“Mən bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək. Bununla belə, artıq fərqli, daha ağıllı və daha az radikallaşmış beyinlərin üstünlük təşkil etdiyi tam və total rejim dəyişikliyinə sahib olduğumuz üçün, bəlkə də inqilabi dərəcədə möhtəşəm bir şey baş verə bilər. Kim bilir? Dünyanın uzun və mürəkkəb tarixinə aid ən vacib anlardan birini bu gecə öyrənəcəyik. 47 illik hədə-qorxu, korrupsiya və ölüm nəhayət sona çatacaq. Tanrı böyük İran xalqını qorusun!”./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ