Rusiya və Çin Hörmüz boğazı ilə bağlı qətnaməni veto etdi


Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına təqdim edilmiş qətnamə layihəsi Rusiya və Çinin səsləri ilə veto edildi.

Turkustan.az xəbər verir ki, təhlükəsizlik Şurasının hazırkı sədri Bəhreyn şuraya Hörmüz boğazında naviqasiya azadlığını təmin etmək üçün əlaqələndirilmiş "müdafiə" tədbirlərinə çağıran qətnamə layihəsi təqdim edib.

Şuranın iclasında qətnamə layihəsi 11 səs lehinə, Kolumbiya və Pakistan isə bitərəf qalıb.

Daimi üzvlər Rusiya və Çinin veto hüququndan istifadə etməsindən sonra qətnamə layihəsi səsvermədə veto altında saxlanılıb.

"Boğazlar bölgəsində kommersiya su yollarından istifadə etməkdə maraqlı olan dövlətləri müdafiə səylərini əlaqələndirmək üçün güclü şəkildə təşviq etməyə" çağıran qətnamə layihəsində həmçinin ərazidə naviqasiyanı bağlamaq və ya maneə törətmək cəhdlərinin qarşısının alınması tələb olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ