İranla ABŞ arasındakı müharibə bu bölgəyə də təsir etdi


2026-cı il FIFA Dünya Kubokunun yaxınlaşması ilə ev sahibi ölkələr olan ABŞ və İran arasında siyasi və hərbi gərginlik futbol dünyasında şok dalğaları yaradıb.

Turkustan.az xəbər verir ki, İran Futbol Federasiyası təhlükəsizlik məsələləri və siyasi məhdudiyyətlər səbəbindən qrup mərhələsinin oyunlarının ABŞ-da deyil, Meksikada keçirilməsini istəyib. İran tərəfi bu dəyişiklik edilməsə, turnirdə iştirakın təhlükə altında ola biləcəyinə işarə edir.

Lakin FİFA qəti mövqe tutub. Prezident Canni İnfantino hazırkı cədvəlin dəyişməyəcəyini və alternativ planın olmadığını açıq şəkildə bildirib.

ABŞ administrasiyası İran idmançılarının iştirakına açıq olduğunu bildirsə də, arena xaricindəki gərginlik səbəbindən tam təhlükəsizlik zəmanəti verməkdən çəkinir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ