Hörmüz boğazının açılması üçün təyin etdiyi son tarix yaxınlaşdıqca ABŞ prezidenti Donald Tramp İrana qarşı sərt bir mesaj paylaşdı.
Turkustan.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu Trampın sözlərinə cavab olaraq “Əgər ABŞ qırmızı xətləri keçərsə, cavabımız regiondan kənara çıxacaq” deyib.
Tramp isə açıqlamasında deyib: "Bu gecə böyük bir sivilizasiya məhv olacaq və heç vaxt geri qaytarılmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək".
Bunun "daha ağıllı və daha az radikallaşmış zehnlərin hakim olduğu bir mühitdə bəlkə də inqilabi və gözəl bir şey ola biləcəyini" irəli sürən Tramp əlavə edib: "Bunu bu gecə, dünyanın uzun və mürəkkəb tarixinin ən vacib anlarından birində öyrənəcəyik. 47 illik qəsbkarlıq, korrupsiya və ölüm nəhayət ki, sona çatacaq. Allah böyük İran xalqına rəhmət eləsin".
Aytən Yaşar/ Turkustan.az