CNN Trampın açıqlamalarını təkzib etdi: Həqiqəti əks etdirmir


Amerikanın CNN televiziya kanalı ABŞ prezidenti Donald Trampın dünən keçirdiyi mətbuat konfransında ABŞ–İsrail–İran münaqişəsi və xarici siyasət addımları ilə bağlı bəzi açıqlamalarında qeyri-dəqiqliklər olduğunu iddia edib.

Turkustan.az xəbər verir ki, CNN-in fakt yoxlama qrupu tərəfindən hazırlanan reportajda bildirilir ki, Tramp Ağ Evdə gündəlik və xarici siyasət fəaliyyəti ilə bağlı çıxışı zamanı əvvəllər təkzib olunmuş bəzi iddiaları yenidən səsləndirib.

Bu kontekstdə onun ABŞ–İsrail münasibətləri və İranla bağlı səsləndirdiyi bəzi fikirlərin düzgün olmadığı vurğulanır. Xüsusilə, müharibə zamanı itirilən ABŞ təyyarələrinin əksəriyyətinin “dost atəşi” nəticəsində vurulduğu iddiasının doğru olmadığı qeyd edilir. Bildirilir ki, bəzi təyyarələr həqiqətən itirilib, lakin bu hadisələrin səbəbləri fərqlidir.

Hesabatda həmçinin Trampın 2000-ci ildə nəşr olunmuş “Layiq olduğumuz Amerika” kitabında Əl-Qaidə lideri Üsamə bin Ladenin öldürülməsinə çağırdığı iddiasının da yalan olduğu qeyd olunur. Bildirilir ki, həmin kitabda bin Laden yalnız qısa şəkildə xatırlanır.

Sonda vurğulanır ki, Trampın “8 müharibənin bitməsi” ilə bağlı açıqlaması da həqiqəti əks etdirmir. Belə ki, qeyd olunan bəzi münaqişələr nə tammiqyaslı müharibə olub, nə də faktiki olaraq başa çatıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ