Türkiyə və İspaniya liderləri regional məsələləri müzakirə etdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançez ilə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi görüşlə bağlı açıqlama yayıb.

Ərdoğan bildirib ki, Türkiyə ilə İspaniya arasında xüsusilə müdafiə sahəsində mövcud olan həmrəylik xalqlar tərəfindən məmnunluqla qarşılanır və münasibətlərin daha da inkişaf etdirilməsi hədəflənir.

O, həmçinin İranın tamamilə məhv edilməsinə yönəlmiş hərəkətləri qəbul etmədiklərini, eyni zamanda İranın bölgədəki qardaş ölkələrə münasibətini də düzgün hesab etmədiklərini vurğulayıb. Ərdoğan qeyd edib ki, vicdan sahibi olan hər kəs sülhü dəstəkləməli və diplomatiyaya üstünlük verməlidir.

Əlavə edib ki, İsrailin Qəzzada və digər bölgələrdə beynəlxalq hüquqa məhəl qoymayan addımları dayandırılmasa, bölgədə sülhün bərqərar olması çətin olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ