Ərdoğan Özəlin çağırışına son qoydu: Bu, bizim gündəmimizdə deyil


“Əlavə və ya erkən seçkilər gündəmimizdə deyil. Türkiyənin yeganə prioriteti ölkəmizi hər cür böhran və təhlükədən qorumaqdır”.

Turkustan.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin iclasından sonra deyib. İclas Prezident Kompleksində 2,5 saat davam edib. Ərdoğan kameralar qarşısında CHP sədri Özgür Özəlin açıqlamasına münasibət bildirərək qeyd edib ki, “Böyük Millət Məclisində 8 boş yer mövcuddur və bu yerlərlə bağlı əlavə seçkilərin keçirilməsi barədə qərarı yalnız Məclis verə bilər. Sədrlik də zəruri addımları atmalıdır. Konstitusiya əlavə seçkilərin keçirilməsini nəzərdə tutur”.

Prezident əlavə edib ki, “Hazırda erkən və ya əlavə seçkilər gündəmimizdə deyil. Türkiyə süni gündəmlərə aldanmadan və əsas müxalifətin boş narahatlıqlarına yol vermədən hədəflərinə doğru irəliləyir. Hökumətimiz öz gündəliyini müəyyən edir və heç kim bizə süni gündəm tətbiq edə bilməz. Nə hökumətimizin, nə də millətimizin yaxın gələcəkdə erkən və əlavə seçki keçirmək planı yoxdur”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ