ABŞ, İsrail və İran arasındakı müharibə 36-cı gününə qədəm qoyarkən Çinin İranın raket istehsalında istifadə edilən vacib materialları göndərdiyinə dair iddialar ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, "The Telegraph" qəzetinin dəniz məlumatlarına istinadən verdiyi məlumata görə, Çindən gələn və natrium perxlorat daşıdığı iddia edilən dörd gəmi İran limanlarına çatıb. Eyni yükü daşıdığı güman edilən üçüncü gəminin də İran suları yaxınlığında olduğu bildirilir.
Hesabatda iddia edilirdi ki, sözügedən gəmilər Çinin Qaolan limanından yola düşüb və bərk yanacaq istehsalında istifadə edilən natrium perxlorat maddəsi daşıyırdı. Bildirilib ki, bu maddə ballistik raketlərin istehsalında çox vacibdir.
Göndərişi həyata keçirdiyi iddia edilən Hamuna, Barzin, Shabdis və Rayen gəmilərinin ABŞ, Böyük Britaniya və Avropa Birliyinin sanksiyalarına məruz qalan İran İslam Respublikası Dənizçilik Şirkətinə (IRISL) məxsus olduğu bildirilir. Həmçinin, Zardis gəmisinin bölgəyə çatmaq üzrə olduğu da bildirilib.
Aytən Yaşar/ Turkustan.az