Ərəb ölkəsi bu kabusdan oyanmaq bilmir! Hamısını bir-bir vurdular


Yaxın Şərqdə artan gərginlik Səudiyyə Ərəbistanına da yayılıb.

Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin hava məkanına daxil olan 13 pilotsuz uçuş aparatının (PUA) aşkar edilərək məhv edildiyini açıqlayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, son bir neçə saat ərzində baş verən hava pozuntuları hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal aşkar edilib və bütün hədəflər zərərsizləşdirilib. Bildirilib ki, PUA-lar ölkə daxilindəki kritik nöqtələrə çatmadan vurulub.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ABŞ-da yerləşən X platforması vasitəsilə verdiyi açıqlamada hücumların dəf edildiyini və heç bir itki və ya əhəmiyyətli ziyanın olmadığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ