Tehran Ukrayna prezidentinin Yaxın Şərq səfərinə kəskin reaksiya verib.
Turkustan.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Ukrayna prezidenti Volodimir Zelenskinin Yaxın Şərq ölkələrinə səfərini sərt tənqid edib.
O bildirib ki, Zelenski region ölkələri ilə hərbi əməkdaşlıq müqavilələri bağlamaqla onları “istismar etməyə çalışır”.
Bəqai həmçinin Ukrayna münaqişəsinin İranla bağlı vəziyyətlə əlaqələndirilməsini də tənqid edib:
“Ukrayna münaqişəsini ABŞ və sionist rejimin İrana qarşı aqressiyası ilə əlaqələndirmək fəlakətli səhvdir”.
Onun sözlərinə görə, region ölkələri bu cür “tələyə düşməyəcək” və İran bəzi dövlətlərin bu qarşıdurmada iştirak etməməyə çalışmasını müsbət qiymətləndirir.
Qeyd edək ki, Volodimir Zelenski Fars körfəzi ölkələrinə səfər edib. O, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İordaniyada olub və bir sıra ölkələrlə hərbi əməkdaşlıq barədə razılaşmalar əldə edildiyini açıqlayıb. Səfər çərçivəsində xüsusilə Səudiyyə Ərəbistanı və Qətərlə müdafiə sahəsində sazişlər imzalanıb./Musavat.com