İranda Ali Lider Müctəba Xameneinin ABŞ ilə danışıqlara razılıq verməsi barədə məlumat təsdiqlənməyib.
Turkustan.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə İslam Respublikasındakı məlumatlı mənbə “RT”yə bildirib.
Bundan əvvəl İsrailin “Ynet” nəşri mənbələrə istinadla məlumat yaymışdı ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffa yeni Xameneinin Amerika-İran danışıqlarına razı olduğunu deyib.
Məlumata görə, Xamenei Tehranın şərtlərinə əməl olunacağı təqdirdə bu məsələnin mümkün qədər tez bağlanmasını xahiş edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib ki, İslam Respublikasının elektrik stansiyalarına və enerji infrastrukturuna zərbələri beş gün müddətinə təxirə salıb. Onun sözlərinə görə, həmin günlərdə İranla sülh danışıqları aparılacaq.
O qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin tam və qəti şəkildə nizamlanması barədə kifayət qədər yaxşı və məhsuldar söhbətlər baş tutub.