Ukrayna ordusu Moskvaya ardıcıl PUA hücumları həyata keçirir.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya mediası dron hücumları səbəbindən Şeremetyevo və Domodedovo aeroportlarında məhdudiyyətlər tətbiq edildiyini yazıb.
Moskva meri Sergey Sobyanin bir neçə dronun vurulduğunu bildirib.
Moskvanın mərkəzində bir tibb müəssisəsində yanğın başladığı da qeyd edilib. Ehtimal edilir ki, yanğın dron qalıqlarının düşməsi nəticəsində baş verib. /bakivaxti.az/