İsrailin hücumu nəticəsində Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricaninin həyatını itirməsindən sonra İranda siyasi böhran yaşandığı iddia olunur.
Turkustan.az xəbər verir ki, məlumatlara görə, Laricaninin ölümündən sonra ölkənin ali rəhbərliyi daxilində ciddi fikir ayrılıqları yaranıb. İddialarda bildirilir ki, prezident Məsud Pezeşkian ABŞ ilə danışıqların aparılmasını müdafiə edir, lakin İnqilab Keşikçiləri bu yanaşmaya qəti şəkildə qarşı çıxır.
Digər tərəfdən, Müctəba Xameneinin adından yayılan açıqlamaların da mübahisələrə səbəb olduğu qeyd olunur. İddialara əsasən, bu açıqlamaların birbaşa onun tərəfindən verilmədiyi, əksinə İnqilab Keşikçiləri tərəfindən hazırlanaraq yayımlandığı irəli sürülür.
Həmçinin, İsraildə fəaliyyət göstərən “Channel 14” telekanalının məlumatına görə, prezident Pezeşkianın istefa verməyi və siyasətdən uzaqlaşmağı planlaşdırdığı da iddia edilir.
Aytən Yaşar/ Turkustan.az