İsrail ordusu Livanın cənubundakı kəndlərə hücum etməklə hədələyir


İsrail ordusu Livanın cənubundakı bir neçə kəndə hücum etməklə hədələyib və ərazidən dərhal geri çəkilməsini tələb edib.

Turkustan.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında açıqlama verib.
Sözçüsü Adraee, Nəbatiyyə şəhərinin Khirbet Silm və Beyt Yahun, Sur şəhərindəki Sarıfa və Deyr Qanun ən-Nahr kəndlərinin hədəf alınacağını iddia edərək, hücumlarla hədələyib.

Hizbullahın bu ərazilərdə aktiv olduğunu iddia edən Adraee, kəndlərin boşaldılmasını tələb etdi.

İsrail sözçüsü çağırdığı insanlardan evlərini tərk edərək Livan-İsrail sərhədindən təxminən 30 kilometr aralıda yerləşən Zehrani çayının şimalına getmələrini istəyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ