Müharibənin ən dəhşətli qorxusu gerçəkləşdi! Raket nüvə stansiyasına dəydi


İran Atom Enerjisi Təşkilatının İctimaiyyətlə Əlaqələr Bölməsi Fars körfəzi sahilində yerləşən Buşehr Atom Elektrik Stansiyasına edilən hücumla bağlı açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, təşkilat stansiya ərazisinə raket düşdüyünü təsdiqləsə də, obyektin əsas hissələrinə heç bir ziyan dəymədiyini bildirib.

Bəyanatda qeyd olunub ki, hücuma baxmayaraq stansiyanın heç bir hissəsi zərər görməyib, itki və ya maddi ziyan qeydə alınmayıb. İran rəsmiləri nüvə obyektinin təhlükəsizliyinin tam təmin olunduğunu və əməliyyatların normal qaydada davam etdiyini vurğulayıblar.

İran tərəfi nüvə obyektlərinə hücumların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirib. Bəyanatda bu cür addımların nüvə infrastrukturunun qorunmasına dair beynəlxalq qaydalara zidd olduğu qeyd edilib.

Rəsmilər vurğulayıblar ki, Buşehr kimi nüvə obyektinə hücum təkcə İrana deyil, Fars körfəzi regionundakı bütün ölkələrə təsir göstərə biləcək ciddi risklər yaradır. Bəyanatda xəbərdarlıq olunur ki, bu cür hərəkətlər region üçün ağır və geri dönməz nəticələrə səbəb ola bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ