Müctəba Xamenei hücumdan necə sağ çıxdı? Təfərrüatlar sızdırıldı


ABŞ-İsrail hücumlarının ilk günündə İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin ölümcül raket zərbəsindən son anda xilas olduğu iddia edilir.

Turkustan.az xəbər verir ki, məlumata görə, o, hücumdan bir neçə dəqiqə əvvəl bağçaya çıxıb və nəticədə zərbənin dəydiyi binada olmayıb.

Britaniyanın "The Telegraph" qəzetinin yaydığı sızdırılmış səs yazısında bu iddialar yer alır. Bildirilir ki, səs yazısı vaxtilə ali liderin ofisində protokol zabiti kimi çalışmış Məzahir Hüseyniyə məxsusdur. Onun martın 12-də Tehranda yüksək vəzifəli ruhanilər və İnqilab Keşikçiləri komandirləri ilə keçirilən qapalı görüşdə çıxış etdiyi qeyd olunur.

Səsyazmaya əsasən, fevralın 28-də baş verən hücum zamanı Müctəba Xamenei evindən kənarda olub və bu səbəbdən sağ qalıb. Eyni zamanda, onun ayağından yaralandığı da iddia edilir.

Hüseyni çıxışında qeyd edib ki, hücumdan az əvvəl bağçaya çıxması onun həyatını xilas edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ